mobil versiya

“Almaniyadakı qaçqınların 2/3-nin sığınacaq üçün heç bir əsası yoxdur” – BAMF rəhbəri



Sığınacaqla bağlı müraciətlər azalmaqda davam edir. “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, 2019-cu ilin sonuna qədər daha az əcnəbi sığınacaq üçün müraciət edəcək və bu müraciətlərə baxılmasında müəyyən yumuşaltma yarada bilər.

Cari ildə Almaniyada sığınacaq üçün ilkin müraciətlərin sayı, səlahiyyətli orqanlara görə təxminən 140 min nəfər olacaq ki, bu da hətta 2018-ci illə müqaisədə də azdır. Bu barədə Miqrasiya və Qaçqınlar üzrə Federal İdarənin (BAMF) rəhbəri Hans-Eckhard Sommer “Bild am Sonntag” nəşrinə məlumat verib.

Hans-Eckhard Sommer
2018-ci ildə sığınacaqla bağlı müraciətlərinin sayı haqqında böyük koalisiya 200 min nəfərdən aşağı kvota müəyyən etmişdi. 2018-ci ildə bu sığınacaq üçün müraciət edənlərin sayi 162 mindən az idi, 2016-cı ildə isə bu rəqəm 722 min nəfər olmuşdu.

Daxili İşlər Nazirinin məlumatına görə, cari ildə sığınacaq üçün 110 minə yaxın ilkin müraciət daxil olub. 

Müraciət edənlərdən təxminən 30 min nəfəri suriyalı, 11 700 nəfəri İraq vətəndaşı, üçüncü sırada isə 8300 müraciətlə Türkiyə vətəndaşları gəlir.
BAMF hesab edir ki, müraciətlərin həcminin azalması proseslərin daha yaxşı idarə olunmasına, müraciətlərə daha keyfiyyətli baxılmasına şərait yaradacaq. 

Hazırda müraciətə baxılma müddəti orta hesabla 3 ay davam edir. Yalnız daha mürəkkəb prosedurlar daha uzun çəkir, buna görə bütün prosedurların ümumi işləmə müddəti orta hesabla altı ay davam edır.

Bamf rəhbəri bildirib ki, Almaniyaya gələnlərin təxminən üçdə ikisinin sığınacaq üçün heç bir əsası yoxdur. Hazırda Almaniyada ümumi müraciətlərin yalnız 35 – 38 faizi üzrə müsbət qərar qəbul olunur. 
SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 4-11-2019, 20:16