mobil versiya

Bazar gününün hava proqnozu



Bakıda və Abşeron yarımadasında noyabrın 10-da havanın dyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən REPORTYOR.AZ-a verilən xəbərə görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub  küləyi əsəcək.

Havanın temperaturu  gecə 12-15° isti, gündüz  18-21° isti , Bakıda gecə 13-15° isti, gündüz  19-21°  isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman. Qərb  küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz  17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz  14-19° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 10-da Abşeron yarımadasında sabit hava şəraiti və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əlverişlidir.
SON XƏBƏR / ÖLKƏ
Tarix: 9-11-2019, 16:05