mobil versiya

Gürcüstanda azərbaycanlılar yolu bağladı




Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan Algeti Vinsovxoz kəndinin sakinləri etiraz aksiyası keçirirlər.

"Report"un yerli bürosu xəbər verir ki, sakinlər kəndin içməli su ilə təmin olunması tələbi ilə avtomobil yolunu bağlayıblar.

Etirazçıların sözlərinə görə, kənddə illərdir içməli suyun olmaması onlar üçün ciddi narahatlıq yaradır.

Avtomobil yolu nəqliyyat vasitələrinin hərəkəti üçün keçilməz olub. Əraziyə polis əməkdaşları cəlb olunub. Onlar yolu etirazçılardan təmizləməyə çalışırlar.

Etirazçılar bildiriblər ki, kəndin təbii qazla da bağlı problemi var.

Onlar qeyd ediblər ki, Marneuli rayon rəhbərliyi kəndin problemlərini həll edəcəyinə söz versə də, vədlər yerinə yetirilməmiş qalır.

Aksiya səbəbindən Azərbaycanla sərhədə aparan yolda avtomobillərin hərəkətində çətinlik yaranıb.

SON XƏBƏR / KARUSEL
Tarix: 25-02-2020, 14:00