mobil versiya

Almaniya azərbaycanlı ailə üçün birləşdi



Almaniyada azərbaycanlı Kərimli ailəsinin ölkədən deportasiya edilməməsi üçün kampaniya başladılıb.

Xeber.de-nin məlumatına görə, buna səbəb Almaniya məhkəməsinin azərbaycanlı ailə haqqında deportasiya qərarı verməsi olub. Belə ki, Azərbaycanın əslən Dağlıq Qarabağ bölgəsindən olan Kərimli ailəsi barəsində Bavariya əyalətində yeləşən Bamberq şəhər İdarə məhkəməsi deportasiya qərarı çıxarıb. 

Kərimli ailəsi 4 il əvvəl Almaniyaya gələrək qaçqın statusu üçün müraciət edib. Ailənin 11 yaşlı üzvü Fatimə və 10 yaşlı Fərid Bamberqdəki məktəbdə təhsil alırlar. Onlar dərslərində həmişə yüksək nəticələr göstəriblər. Kərimli ailəsi də, alman cəmiyyətinə çox gözəl inteqrasiya olunub. 



SON XƏBƏR / KARUSEL / SOSİAL
Tarix: 17-03-2020, 17:20