Milli Məclisin bəzi deputatları sabahkı plenar iclasa qatılmayacaq
Milli Məclisin sabah - martın 30-da keçiriləcək növbəti plenar iclasında bəzi deputatlar iştirak etməyəcək.
“Report”un əldə etdiyi məlumata görə, yaşı 65-dən yuxarı olan deputatlara xüsusi karantin rejiminə əməl etmək və sabahkı iclasa qatılmamaq tövsiyə edilib.
Qeyd edək ki, Milli Məclisin sabahkı iclası saat 11:00-da başlayacaq. İclasın gündəliyinə 16 məsələ daxil edilib.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 29-03-2020, 14:40