mobil versiya

2,5 milyon insan TƏHLÜKƏDƏ: potensial ölü sayı 120 minə çata bilər - Həyəcan siqnalı




Əksər ölkələr milyardlarla dollarlıq büdcələri, yüz minlərlə tibb işçisi ilə birlikdə koronavirusla mübarizə apararkən, yoxsulluq içindəki Suriya dərin qorxudadır.

Bölgədə yoluxma şübhəsi olanlar test edilmədiyi üçün hələ ki, rəsmi fakt qeydə alınmasa da, çox sayda insanın xəstəliyə yoluxmuş ola biləcəyi təşvişi var.

Yardım və Koordinasiya Birliyi Peyvənd Bölümünün müdiri Məhəmməd Saləm Suriyanın şimalında yaşayanların son durumu haqqında məlumat verib. Səhiyyə infrastrukturunun “dağıntı formasında” olduğunu xatırladan Saləm bu sözləri deyib: “Həkim yox, xəstəxana yox, tənəffüs aparatı yox, yataq yox. Virus bölgəyə yayılsa, 120 min insan öləcək. Rejim və Rusiya Suriyanın şimalındakı xəstəxanaların çoxunu bombalayıb. Bölgədə sadəcə 201 süni tənəffüs aparatı var. Bunlardan 95-i böyüklər üçündür. 85 min yatağa ehtiyacımız var. Əlimizdə isə sadəcə 3 mini var. 600 həkim var, amma ehtiyacımız 2 min 400-dür. Həkimləri koronavirusdan qoruyacaq tibbi ləvazimatlarımız, karantin tətbiq etmək üçün isə qüvvələrimiz yoxdur. Virus şimala yayılsa, 1,5 milyon insan bundan zərər görəcək”.//Publika.az

SON XƏBƏR / KARUSEL / GÜNDƏM / DÜNYA
Tarix: 3-04-2020, 14:20