mobil versiya

Koronavirusdan adaya qaçan şəxs tək qalıb kömək istədi - VİDEO




ABŞ-da bir şəxs koronavirusdan qorunmaq üçün Nyu-York şəhərinin Raffl Bar adasına gedib.

“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, 12 saat ərzində 36 yaşlı qayıqçıdan xəbər tuta bilməyiblər.

Polis helikopterlə onu axtarmağa başlayıb. Bu zaman adada qumun üzərində “Kömək edin” yazısını görüblər. Xilasedicilər həmin şəxsi xəstəxanaya çatdırıblar. Onun səhhətinin normal olduğu bildirilir.



SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 21-04-2020, 17:17