Gürcüstanda koronavirusdan ölən şəxs azərbaycanlıdır - YENİLƏNİB
Gürcüstanda koronavirusdan ölən qadın azərbaycanlıdır.
O, Marneuli rayonunun Kəpənəkçi kənd sakini olub.
*** 13:37
Gürcüstanda koronavirusa yoluxanlardan biri ölüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Dünyasını dəyişən pasiyent 79 yaşlı qadındır. O, martın 31-də xəstəxanaya yerləşdirilib. Qadın bir sıra digər xəstəliklərdən də əziyyət çəkirmiş.
Pasiyentin Marneulidən olduğu bildirilir.
Bu günə qədər Gürcüstanda koronavirusa 157 nəfər yoluxub ki, onların da 28-i tam sağalıb.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 4-04-2020, 14:03