Çarxlar TƏRSİNƏ DÖNDÜ: Türkiyə ABŞ-a göndərdiyi yardımın üzərində elə sözlər yazdı ki...
Türkiyə ABŞ-a tibbi ləvazimat göndərir.
Publika.az xəbər verir ki, yeni tip koronavirusa qarşı mübarizə çərçivəsində hazırlanan yardım qutuları Türkiyə Silahlı Qüvvələrinə aid "A400M" tipli hərbi təyyarə ilə Etimesqut hava limanından yola çıxacaq.
Yardım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı əsasında göndərilir.
Qutuların üzərindəki "Ümidsizliyin arxasında necə ümidlər var, qaranlıqların arxasında necə Günəşlər var" sözləri diqqəti çəkib.
Xatırladaq ki, Türkiyə ilə ABŞ arasında hərbi silahların tədarükü məsələsində illərlə sürən gərginlik vardı. Türkiyə ABŞ-dan dəfələrlə müxtəlif hərbi təyyarələr və hava hücumundan müdafiə sistemləri istəsə də, ABŞ bu tələblərə cavab verməkdən boyun qaçırıb. Lakin bütün dünyanı bürüyən koronavirus pandemiyasında rəsmi Ankara köməyini rəqibindən əsirgəməyib.
SON XƏBƏR / DÜNYA
Tarix: 28-04-2020, 10:30