mobil versiya

Azərbaycanda devalvasiya gözlənilirmi? - ABA-nın prezidenti cavab verdi - VİDEO



Hazırda koronavirusun iqtisadiyyata təsiri və neftin ucuzlaşması fonunda Azərbaycanda dolların bahalaşması gözlənilmir.

REPORTYOR.AZ xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) Prezidenti Zakir Nuriyev belə bir açıqlama ilə çıxış edib. 

Z.Nuriyev İTV-də yayımlanan "3D" verilişində vəziyyəti belə izah edib:

"Birinci bunu qeyd edim ki, Azərbaycan kifayət qədər iqtisadi cəhətdən güclü bir dövlətdir. Bu gün bizim Dövlət Neft Fondunda 40 milyardın üzərində, Mərkəzi Bankda 6 milyardın üzərində vəsaitimiz mövcuddur. Yəni kifayət qədər böyük ehtiyatlara malikik.

Vəziyyət kifayət qədər mürəkkəb və qeyri-müəyyəndir, lakin bugünkü vəziyyət tam idarə edilir və nəzarət altındadır".



SON XƏBƏR / KARUSEL / İQTİSADİYYAT
Tarix: 2-05-2020, 12:00