Azərbaycanda borc üstündə cinayət - bacanağını öldürüb qaçdı - TƏFƏRRÜAT
Yuxarı Seyfəli kənd sakini (1992-ci il təvəllüdlü) Hümmətli Elnur Salman oğlu Yeni Həyat kənd sakini və bacanağı olan Süleymanov Etibar Binnət oğlu tərəfindən küstar üsulla hazırlanan silahla öldürülüb.
İlkin məlumata görə, bacanaqlar arasında borc söhbəti olub. Bundan dolayı tərəflər arasında narazılıq yaşanıb.
Sonuncu dəfə isə Etibar Süleymanov qətli törədərək hadisə yerindən qaçıb.
Baş Prokororluğun yaydığı məlumata əsasən keçirilən əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Etibar Süleymanov tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb.// BAKU.WS
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 3-05-2020, 14:00