mobil versiya

Özü "Lomonosov"u bitirib, atası fizika müəllimi olan 10 yaşlı Nərminin QATİLİ



Xəbər verdiyimiz kimi, Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

REPORTYOR.AZ unikal.org-a istinadən Nərmini öldürən İlkin Süleymanovun kimliyini araşdırıb.

Məlum olub ki, İlkin Süleymanov M.V. Lomonosov adına Moskva Dövlət Universitetini (MDU) bitirib və orada da çalışıb. Bundan sonra Bakıya qayıdaraq burada özəl sektorda çalışıb.

İ.Süleymanov 10 ilə yaxın imiş özünə qapandığı üçün valideyinlərinin yanında Tovuzda Dondar Quşçu kəndində yaşayıb. Bir bacı və qardaşı var. Atası uzun illər kənddə fizika müəllimi işləyib. Kənddə hörməti olan şəxs olub və hazırda yataq xəstəsidir.



KARUSEL / GÜNDƏM / ÖLKƏ / REDAKTOR SEÇİMİ
Tarix: 10-01-2020, 17:17