Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatları vətəndaşların dövlətə inamını artırır - VİDEO
Son günlər icra hakimiyyəti başçılarının həbsi ən çox müzakirə edilən hadisələrdəndir.
Ölkədə həyata keçirilən genişmiqyaslı islahatlara kölgə salan belə məmurların həbsi, əslində, dövlətin korrupsiya və rüşvətxorluq kimi neqativ hallarla mübarizədə qətiyyətini ortaya qoyur.
Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi bu əməliyyatlar və onun şəffaf şəkildə ictimailəşdirilməsi vətəndaşların öz dövlətinə olan etimadını möhkəmləndirir.
Dövlətin imicini xalqına xəyanət edən məmur yox, belə hallarla mübarizə aparan siyasi iradə və bu iradəni icra edən dövlət qurumları formalaşdırır.
REPORTYOR.AZ-ın məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatları şərh edən "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev Xəzər TV-yə deyib ki, əməliyyatlar dövlət başçısının siyasi iradəsinin əməli ifadəsidir.
Onun fikrincə, ölkədə aparılan islahatlar cəmiyyətin, dövlətin bütün sferalarını əhatə etməlidir. İslahatlara mane olmağa çalışanların isə aqibəti eyni olacaq.
Əliməmməd Nuriyev deyib ki, burada əsas məqamlardan biri də Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatların şəffaf şəkildə ictimailəşdirilməsidir.
Əməliyyatın peşəkarlıqla həyata keçirilməsi, təkzibolunmaz sübutların ortaya qoyulması vətəndaşların öz dövlətinə inamını artırır.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 6-05-2020, 12:50