Bakıda qadının əllərini və ağzını bağlayaraq ... - TƏFƏRRÜAT
Bakıda 65 yaşlı qadına qarşı quldurluqda təqsirləndirilən Səadət Əsgərzadə və Qorxmaz Rzayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
REPORTYOR.AZ “report”a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Azad Məcidovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı açıqlanmayıb.
Qeyd edək ki, hadisə bu il yanvar ayında Nəsimi rayonu ərazisində baş verib.
Naməlum şəxs 65 yaşlı Nərgiz Əhməd qızı Cəfərovanın evinə girərək, qadının əllərini kəndirlə bağlayıb, ağzını isə əl dəsmalı ilə tıxayıb.
Daha sonra N.Cəfərovaya məxsus 500 manat dəyərində qızıl sırğalar, 120 manatlıq gümüş üzük və mobil telefonu götürərək evi tərk edib.
Ağzına dəsmal tıxanmış qadın qonşuları tərəfindən tapılıb.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Q.Rzayev və cinayətin iştirakçısı S.Əsgərzadə saxlanılaraq istintaqa cəlb ediliblər.
Onlara qarşı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham verilib.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 15-05-2020, 12:30