Böyük olmaq, yoxsa Kişi olmaq?
İTv də Aleksey Pivovarovun Azərbaycana həsr etdiyi sənədli film yayımlandı. Dünən, 27 may idi. 28 maya bir iki saat qalırdı. Davamında İstiqlal bəyannaməsi reklam edildi. Pivovarovun filmi rusca idi, titrlər Azərbaycanca yazırdı. Bakı küçələrində Moskva stilqayası Azərbaycana tarix oxuyurdu.
Bu "oxuma" fərqli idi. Bakı, Azərbaycan iki dillə oxunurdu. Pivovarovun mətni ilə Pivovarovun gəzinti dili və Azərbaycan istehsalı olan sifətlər. Göstərilən isə dünən və bu gün arasında yaşanılan kadrlar. Pivovarovla işim yox, adam işini görür. Bu işi ilə pulunu qazanır. Öz Dünyasına Azərbaycan oxuması göstərir. Oxumasında kim olduğunu bilir, nə haqda danışacaını müəyyən edib, necə həll edəcəyiniə özü qərar verib, film çəkir.
Bu suallar qarşısında "Şəxsiyyət" müəllif kimi məsələsini həll edir. Bu "Şəxsiyyət" Rus düşüncəsinin siyasi iqtidarlarının gözüdür. Bizi daima bu gözlə tanıtmaq istəyindədir. Məsələm bizimki kimi o filmdə görünənlərlə və bu filmi bizi təbliq edən film kimi yayımlıyanlarladır. Görünən: Polad Bulbülünoğlu, Çingiz Abdullayev, Ramiz Fətəliyev, Musabəyovun nəvəsi, Cühüd məhəlləsinin Qusmanı...
Müsahibə verirlər. Filmi yayımlayanlar isə Dövlətin “İctimai” adlanan üzüdür. Görünənlərlə də işim yox, Pivovarov müəllif kimi öz "oxuması" üçün xammal seçib. Bu filmi görüntüləyən isə, əgər inanırlarsa “Məsuliyyət” daşıyırlar. Pivovarovun Azərbaycana baxışı Rus meşşanının "Bizim hesabımıza cahillikdən, cəhalətdən xilas oldunuz" iddiasının davamıdır. Əzib, alçaldıb, böyütməkdir. "Bir ataya dəmiryolunda iş verən, bu atanın övladlarını oxudan və bu atanın Heydər Əliyev kimi insanını formalaşdıran və Sizi cəhalətdən xilas edən bizik" məntiqi ilə filminin içində gizlənməyib, Kirov kimi Bakı küçələrində gəzən Pivovarov BİLMƏZ... Siz ki bilməlisiniz... Adını “Böyükkişi” qoyanlar bilirdilər.
Siz unutmusunuzsa, xatırladım. Biz Böyük Kişilərin mirasıyıq, istər dünən, istərsə bu gün. Böyük Kişilər Kişi kimi yaşamaq qərarı alan və kişi kimi yaşamaq qərarı verənlər idilər. Bakıxanov Böyük kişi idi, rusa əsir düşdü, təslim olmadı, rus mundirini geydi, papağını isə dəyişmədi.
Azərbaycan içində var olan mədəniyyət dünən də bu gün də Kişiliyini qoruyub. Kişiliyini qoruyan bu dəyər hər zaman üçün Böyük kişilər yetişdırıb və yetişdirəcək də. Pivovarov "mujikdir", görməmiş bir maldır, bu dəyəri anlamaz. Atasının sənətindən aslı olmayaraq bu torpaq Heydər Əliyev kimi Böyük kişilər üçün yurd seçildiyini bilməz. Anlada bildimmi, dərdimi? Dövlətin üzü olan, sözü olan İTv yə rəhbərlik edən Balaşa böyük “Kişi” olmağı arzulayıram. Özünü özgənin gözü və eynəyi sanmasın, Özü “Böyükkişi” olsun ki, “Şəxsiyyəti”ni qorusun.
SON XƏBƏR / KARUSEL / YAZARLAR
Tarix: 29-05-2020, 11:23