"Vətən dili"ni yazan vətənsiz
Vətən dilimizi bir vətənsiz yazıb, Şamaxı malakanı.
Sürgün kimi yaşadığları torpaqlarda provaslav sistemlə barışı məcburi olan Çerniyayevski islam uşaqları üçün kitab yazır,
Rus üçün bu kitabı yazanının müsəlman kopyasını çəkir, Orxan dostumuz da buna film çəkir, Fikrətoöğlu.
Vuqar Qaradağlı ana mərkəzdə, Elçin Şıxlı, Akif Aşırlı isə məcburi şəkil kimi, köhnə azərbaycanlı deyimi ilə züy tutur.
Orxan, qardaşım, sən hekayə ustasısan, sənin hekayələrin var, Nədən kiminsə hekayəsinə alət olursan?
Məktəb hekayəsini araşdıran, hansı yanaşma ilə tədqiq edər, Bu akademik nəzərin nöqtəsinə bağlıdır.
Sovet nöqtəsi ilə "Azərbaycan məktəb" tarixinin oxunması mövcuddur, Qori hekayəsi də o zaman mərkəzi bir təzahürdür.
Film baxışı, nəzəri nöqtə etmək üçün çəkilər,
Nə idi istəyiniz,Orxan?
"Vətən Dili" məlumatını 2 dəqiqəyə sığdırıb, anlada bilərdin,
48 dəqiqə bir nağıl oldu,
"Sovet televiziya filmi".
Biz bir ömürdür, peşə ortağlığı ilə yol gəlirik,
Nə, nə üçün, nədən sualları ilə.
Dövrü, tarixi prosesləri, siyasi, ideoloji məqsədləri,
Nə, nə üçün, nədən suallarına tuş gətirmədən açıqlaya bilməzsən,
"Vətən dili" bir Qaradağlı hekayəsi ola bilər,
Bir Azərbaycan hekayəsi kimi ola bilməz, qardaşım.
Filmə baxmaq məcburiyyətində idim, Zor olsa da.
Zaman olaraq haqqımı halal etmirəm,
Bu qədər, qardaşım,
Uzun bir zamandı görüşə bilmirik,
Görüşmək ümidi ilə,
Kadr123 kimi Tv tanıtmalarımla bu yazının heç bir bağlantısı yoxdur.
YAZARLAR
Tarix: 26-09-2019, 09:11