mobil versiya

Atasından borc pul istəyən baş nazir




Atasından borc pul istəyən,baş nazir. Nəsib bəy Yusifbəyli Baş Nazir olduğu zaman, atasına məktub yazır və 3 ildir milli işlərlə əlaqədar olaraq məşğul ola bilmədiyi bağla bu il də məşğul ola bilməyəcəyini, yenə əvvəlki kimi qamış alıb basdırmalarını söyləyir. 

Atası isə cavab olaraq bu məktubu yazıb: “Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısını yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsilini bitirib Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib bələdiyyədə ərzaq işləri üzrə müdir oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tbilisiyə gedərək Seymin Maarif naziri oldun. Aldığın pul ilə yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalını elan etdiniz.

Gəldin cümhuriyyətimizin Maarif naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə məndən pul istədin. Həmişə göndərdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. O pullardan da göndərdim sənə. Bu gün isə Baş Nazirsən. Dövlət başçısısan, yəni ölkəmizin padşahı olmuşsan. Yenə bağının qamışını mən alım? Sən pul göndərə bilərsənmi?”

SON XƏBƏR / KARUSEL / YAZARLAR
Tarix: 29-05-2020, 11:55