Hansı səlahiyyətlərin Səhiyyə Nazirliyinə verildiyi məlum oldu - RƏSMİ
Dünən koronavirus infeksiyasına yoluxmuş şəxslərə ev şəraitində ambulator-poliklinik, təcili və təxirəsalınmaz tibbi yardımın Səhiyyə Nazirliyi, stasionar müalicənin Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi tərəfindən həyata keçirilməsi barədə məlumat yayılıb.
REPORTYOR xəbər verir ki, Səhiyyə Nazirliyindən bildirilib ki, dövlət tibb müəssisələrinin idarə edilməsi Prezident İlham Əliyevin fərmanı ilə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) həvalə olunub:
“Nazirlər Kabineti yanında operativ qərargah müvəqqəti olaraq Səhiyyə Nazirliyinə Bakı şəhərindəki poliklinikalara metodiki tövsiyələr verməyi tapşırıb”.
Qeyd edək ki, bu qərarla ölkədə sanitariya-epidemioloji vəziyyətə nəzarət tədbirlərinin təkmilləşdirilməsi və koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi məqsədilə bir sıra tədbirlər icra olunur. Həyata keçirilən növbəti əhəmiyyətli tədbirlərdən biri də yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş şəxslərə həm ambulator-poliklinik, təcili və təxirəsalınmaz tibbi yardımın, həm də stasionar müalicənin keyfiyyətli göstərilməsi, bu sahələrə ayrı-ayrılıqda diqqətin yönəldilməsi və proseslərin icrasının gücləndirilməsidir.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 24-06-2020, 13:37