Tovuzun bombalanması Rusiyadakı erməniləri "vurdu" - həmvətənlərimizin sanksiyası -VİDEO
Moskvada "Fud siti", Surqutda və digər şəhərlərdə iri ticarət obyektləri ermənilərlə topdan alış-veriş etməyi dayandırıblar
Ermənistan hərbi birləşmələrininin Ermənistan-Azərbaycan sərhədinin Tovuz nahiyəsində törətdikləri hərbi təxribat nəticəsində bölgədə müharibənini yenidən alovlanmasına Rusiyanın paytaxtı Moskvada və federasiyanın başqa iri şəhərlərində yaşayan həmvətənlərimiz kəskin reaksiya verib.Moskvada yaşayan həmvətənlərimizdən aldığımız xəbərə görə, azərbaycanlı biznesmenlər Moskvanın ən böyük meyvə-tərəvəz bazarı sayılan “Fud siti"də sözü bir yerə qoyaraq, ermənilərdən məhsul (əsasən ərik, gilas, gilənar və s. qısaömürlü mövsüm gilemeyvələri) alışını dayandırıblar.
Bunun nəticəsində ermənilərin bütün malları əllərində qalıb. Böyük yük maşınları ilə dolu mallar zibilxanalıq olub.
Qeyd edək ki, "Fud siti" azərbaycanlı iş adamları İlham Rəhimov və Qod Nisanova məxsusdur.
Sosial şəbəkə fəalı Şahnaz Kamal yazır ki, Rusiyada ticarətlə məşğul olan bütün azərbaycanlılar ermənilərlə istənilən ticarətdən birmənalı olaraq imtina etdilər. Ermənidən mal almaq, onlara nəsə satmaq və Ermənistan mallarının satışı qadağan olunub.
Emin adlı soydaşımızın verdiyi xəbərə görə, bu dəfə azərbaycanlı iş adamları heç vaxt olmadığı qədər monolit və qətiyyətlidirlər, ermənilərin Azərbaycana qarşı aqressiyasına son qoyulmasından ötrü hər şeyi etməyə hazırdırlar.
Müvafiq qeyri-rəsmi sanksiyanın genişlənəcəyi, ölkənin digər regonlarında da tətbiq ediləcəyi gözlənilir.
P.S. Həmvətənlərimizin Moskvadan göndərdiyi uyğun videoları təqdim edirik:
Musavat.com
SON XƏBƏR / GÜNDƏM
Tarix: 16-07-2020, 18:57