mobil versiya

Texasda orduya dəstək aksiyası keçirilib - VİDEO



ABŞ-ın daha bir ştatında yaşayan həmyerlilərimiz bir araya gələrək Azərbaycan ordusuna dəstək askiyası keçiriblər.

REPORTYOR.AZ xəbər verir ki, bu dəfə dəstək aksiyası Texas ştatının Hyuston şəhərində baş tutub.

Amerikada yaşayan soydaşlarımız Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsinə və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını işğal altında saxlamasına etiraz ediblər.

Qeyd edək ki, aksiya iştirakçıları hərbi təxribatlar zamanı həlak olmuş Azərbaycanın qəhrəman hərbçilərinin və mülki vətəndaşlarının əziz xatirəsini yad edib. Tədbirdə soydaşlarımız tərəfindən “Ermənistanın işğalçı siyasətinə son!”, “Şəhidlər ölməz, vətən bölünməz” və “Qarabağ Azərbaycandır!” şüarları səsləndiriblər.


SON XƏBƏR / KARUSEL
Tarix: 23-07-2020, 10:00