Türkiyə səfiri azərbaycanlılara dəstək üçün aksiyaya qatıldı - FOTO
Soydaşlarımızın Praqadakı Azərbaycan səfirliyinin önündə Ermənistanın təxribat cəhdlərinə etiraz əlaməti olaraq keçirdiyi aksiyaya Türkiyənin Çex Respublikasındakı səfiri Egemen Bağış qatılıb.
REPORTYOR.AZ-ın məlumatına görə, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.
Qeyd edək ki, aksiya Çexiyanın paytaxtı Praqa şəhərində “Çex Respublikasındakı Azərbaycan İcması” təşkilatının təşkilatçılığı ilə keçirilib.
SON XƏBƏR / KARUSEL
Tarix: 25-07-2020, 09:40