mobil versiya

Prezidentin köməkçisindən metronun fəaliyyəti ilə bağlı açıqlama




Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakı metrosunun açılması ilə bağlı açıqlama verib.

REPORTYOR.AZ xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxış edən Prezidentin köməkçisi bu məsələnin müzakirə olunduğunu bildirib:

"Metropolitenin fəaliyyəti ilə bağlı məsələ müzakirə mövzusudur. Bununla bağlı müzakirələr hazırda davam etdirilir. Məktəbdərin açlıması ilə əlaqədər tələbə və şagirdlərin metrodan istifadəsi ilə bağlı metropolitenin açılması müzakirə olunur, potensial risklər qiymətləndirilir. Bu barədə qərarlar qəbul ediləndə ölkə ictimaiyyətinə məlumat veriləcək”.
 
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, metro ilə əlaqədar ekspertlər müxtəlif potensial risk amillərinin olduğunu bildirir: "Metroda ventilyasiya və dar, qapalı məkan olması müəyyən qədər ehtiyatlı davranmağa əsas verir. Sentyabrın 15-nə qədər bu məsələlərə yenidən baxılacaq”.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 29-08-2020, 12:01