mobil versiya

Təcili: Ermənilərdən növbəti təxribat-Ağdərənin Talış kəndində....



Dağlıq Qarabağdakı qondarma rejimin “istintaq komitəsi” işğal altındakı Ağdərə rayonunun Talış kəndində, qoşunların təmas xəttinin yaxınlığında bir neçə evə və dəyirmana od vurulduğunu bildirir.

Məlumata əsasən naməlum şəxs və ya şəxslər 7 yaşayış evini, digər  3 tikilini, habelə yerli dəyirmanı yandırıb. Hadisə ilə bağlı araşdırma aparılır.

2016-cı ilin aprel müharibəsi zamanı Talış kəndi istiqamətində şiddətli döyüşlər gedib, Azərbaycan xüsusi təyinatlıları kəndə daxil olsalar da daha sonra hücum əməliyyatı dayandırılıb. Kənd hazırda Azərbaycan ordusunun mövqelərinin nəzarəti altındadır.

virtualaz
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 1-09-2020, 22:25