mobil versiya

"Avtobus nəqliyyatını bahalaşdırmaq istəyirlər" - Üzücü açıqlama...




"Taksilərin sıradan çıxarılması avtobusların yükünü daha da artıracaq". 

    
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib. Ekspertin fikrincə, "bir manatlıq" taksilər avtobusların yükünü həddən artıq azaldırdı:
                                                 
    

    

    
"Bakı Nəqliyyat Agentliyi təmsilçisi açıqlamasında taksi qiymətinin ucuzlaşaraq az qala avtobus qiymətinə çatdığını bildirib. Deyəsən, avtobus nəqliyyatını bahalaşdırmaq istəyirlər. Başa düşmək istəmirlər ki, taksilər, xüsusilə də "bir manatlıq" taksilər nə qədər avtobusların yükünü azaldır. Pandemiya dövründən sərnişinlər avtobuslarda az-qala bir-birinin belində gedirlər. Taksilərin sıradan çıxarılması avtobusların yükünü daha da artıracaq”. 

    
Samir Əliyev qeyd edib ki, bu gün "UBER”, "BOLT” kimi taksi xidmətləri ünvanlara gedərkən "WAZE” proqramını tətbiq edirlər:

    

    

    
"Bu proqramı istifadə edənlər yaxşı bilirlər ki, proqram bir qayda olaraq sürücünü tıxac olmayan yollarla ünvan başına çatdırır. Məhz bu proqram şəhərdə tıxacların azalmasında əhəmiyyətli rol oynayır, maşın yükünü boş yollara yönəldir. BNA təmsilçisi ucuz qiymətin rəqabəti pozduğunu deyirsə, onda bu qurumun niyyəti aydındır”. 

    
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda fəaliyyət göstərən taksilərdə vahid tarifin tətbiq olunması ilə bağlı Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə müraciət edib. 

SON XƏBƏR / KARUSEL / SOSİAL / ÖLKƏ
Tarix: 2-09-2020, 15:18