mobil versiya

Azərbaycana vaksin gətirilir - Payızda bu insanlara vurulacaq - VİDEO



Qarşıdan payız mövsümü gəlir. İnsanların qrip və ona bənzər xəstəliklərə yoluxma ehtimalı da artır. TƏBİB-dən verilən məlumata görə, payızda ölkəmizə qrip əleyhinə vaksinlərin gətirilməsi və tətbiq edilməsi planlaşdırılır. Mütəxəssislər risk qrupunda olanların vaksinasiyaya cəlb edilməsini tövsiyə edirlər.

REPORTYOR.AZ Xəzər TV-yə istinadla xəbər verir ki, payız mövsümü yaxınlaşdıqca qripə qarşı vaksinlər yenidən gündəmə gəlib. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən verilən məlumata görə, payızda qrip əleyhinə vaksinlərin tətbiq edilməsi planlaşdırılır.

Qurumun İnfeksion İşçi Qrupunun üzvü Süleyman Kamilov deyir ki, bu vaksinlər insanlarda qrip xəstəliyinə qarşı immunitet formalaşdırır və təhlükəsizdir. Hətta hamilə qadınlara belə tövsiyə olunur. Vaksinasiya könüllü xarakter daşıyacaq.

Müşahidələr isə onu göstərir ki, insanların vaksinasiya prosesinə münasibəti birmənalı deyil.

Süleyman Kamilov bildirib ki, qrip vaksini koronavirusa qarşı birbaşa müdafiə rolu oynamır. Amma immunitetin zəifləməsinin qarşısını alır. Bununla da orqanizmin COVID-19-a qarşı mübarizəsinə təkan verə bilər.

Süleyman Kamilov onu da qeyd edib ki, altı aydan etibarən hər kəsin qrip vaksinindən istifadəsi məsləhətdir. Ağır infeksion xəstəlik keçirən, kəskin alergik reaksiyası olan və altı aydan aşağı uşaqlara peyvəndin vurulması məsləhət deyil. Vaksinlərin hansı ölkələrdən gətiriləcəyi, qiyməti, eləcə də ödənişsiz olub-olmayacağı hələ ki məlum deyil.



SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 7-09-2020, 11:36