mobil versiya

Bakıda sərnişin dolu avtobus YANMAĞA BAŞLAYIB - Foto



BAXAR.AZ xəbər verir ki, bu gün Bakıda sərnişin dolu avtobus yanmağa başlayıb.

Hadisə Dərnəgül istiqamətində hərəkət edən 11 nömrəli Bakubusda baş verib. Qəfil avrobusun arxa hissəsində nasazlıq yaranaraq , yanmağa başlayıb. Sərnişinlər avtobusdan boşaldılıb. Hadisəyə vətəndaşlar ilkin müdaxilə ediblər.

Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının səbəbi araşdırılır.



SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 11-09-2020, 18:31