mobil versiya

Azərbaycan “Eurovision"a bu xanımı göndərir - FOTO




Azərbaycanın “Eurovisison-2021"də iştirakı təsdiqlənib.

İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumata görə, gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib. 18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq "Eurovision" mahnı müsabiqəsində ölkəmizi Efendi təmsil edəcək.

Qeyd edək ki, bu il pandemiya ilə əlaqədar olaraq adıçəkilən müsabiqə onlayn formatda keçirilib. Müsabiqənin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.





SON XƏBƏR / KARUSEL / ÖLKƏ / MƏDƏNİYYƏT
Tarix: 18-09-2020, 11:39