mobil versiya

Kəlbəcərdə rus sülhməramlılarla Azərbaycan hərbçiləri görüşdü - VİDEO



Kəlbəcər rayonunda Rusiya sülhməramlıları ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin görüşü baş tutub.

REPORTYOR.AZ
xəbər verir ki, Kəlbəcərin girişində baş tutan görüşə "RİA Novosti" xüsusi diqqət çəkib.

Yayılan kadrlardan göründüyü kimi, rus hərbçiləri Azərbaycan əsgərlərinə vəziyyətlə bağlı məlumat verir.

Qeyd edək ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri 25 noyabrdan Kəlbəcər ərazisinə daxil olublar.

Bu tarix əvvəl 15 noyabr müəyyən edililmişdi. Ancaq Ermənistan tərəfinin xahişi, Rusiya tərəfinin vasitəçiliyi ilə bu tarix 10 gün geriyə çəkilib. Beləliklə, 25 noyabr saat 00:00-dan Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil olub.



SON XƏBƏR / GÜNDƏM
Baxılıb: 102 Tarix: 26-11-2020, 11:21



Şərh bildir
yenilə, əgər kod görünmürsə