Peyvənd olunan xanım vəfat etdi - Səhiyyə Nazirliyi açıqlama yaydı
Yaponiyada 60 yaşlı qadın koronavirus peyvəndi olunandan sonra vəfat edib.
Metbuat.az xəbər verir ki, Yaponiyanın Səhiyyə Nazirliyi məlumatına görə, qadın “Pfizer/BioNTech” peyvəndi olunandan 3 gün sonra beyin qanaması nəticəsində dünyasını dəyişib. Onun ölüm səbəbi ilə peyvənd arasında əlaqənin olub-olmadığı araşdırılır.
Hökumətdən isə bildirilib ki, ilkin müayinələr qadının ölümü ilə peyvənd arasında əlaqənin olmadığını göstərir.
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 2-03-2021, 17:29