mobil versiya

ABŞ 100 milyon doza koronavirus peyvəndi sifariş verdi




ABŞ Prezidenti Donald Tramp koronavirus peyvəndi hazırlamaq üçün bir neçə aydır çalışmalar aparan biotexnologiya şirkəti olan “Moderna” şirkəti ilə 1,5 milyard dollarlıq razılaşma əldə edildiyini açıqlayıb.

REPORTYOR.AZ “Anadolu” agentliyinə istinadən xəbər verir ki, müqaviləyə əsasən “mRNA-1273” adlı peyvənddən 100 milyon doza hazırlanacaq.

Bundan başqa, ehtiyac olacağı təqdirdə ABŞ daha 400 milyon doza peyvənd ala biləcək.

Qeyd edək ki, ABŞ daha öncə peyvənd çalışmaları üçün 955 milyon dollar investisiya qoymuşdu.
SON XƏBƏR / KARUSEL
Tarix: 12-08-2020, 10:25