Müharibə vaxtı bu VPN-lərdən istifadə edənlərə pis xəbər - VİDEO
Rusiyanın "Kommersant" nəşrinin yaydığı məlumata görə, pulsuz VPN işlədən 21 milyondan çox istifadəçinin şəxsi məlumatları internetə sızıb.
Sfera.az xəbər verir ki, söhbət "Android" əməliyyat sistemi üçün nəzərdə tutulan "Super VPN", "Gecko VPN" və "Chat VPN"lərdən gedir.
Telefona VPN yükləyərkən tətbiq istifadə üçün bəzi icazələr istəyir ki, bu da cihazdan şəxsi məlumatların ələ keçirilməsini asanlaşdırır.
Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə sentyabrın 27-dən noyabrın 12-dək internetin fəaliyyətində məhdudiyyətlər və fasilələr tətbiq edildiyindən minlərlə smartfon istifadəçisi pulsuz VPN proqramlarından istifadə edirdi. Bu isə həmin şəxslərin də şəxsi məlumatlarının oğurlanması riskini artırır.
Rabitə və Yükəsk Texnologiyalar Nazirliyi bununla bağlı xəbərdarlıq etsə də, bəzi vətəndaşlar sonradan yarana biləcək təhlükəni nəzərə almadılar.
İnformasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev deyir ki, şəxsi məlumatların satılması bu cür pulsuz resusların üzərindən daha çox aparılır. Ona görə də vətəndaşlar belə tətbiqlərdən istifadə edərkən qaydalarla mütləq tanış olmalıdırlar.
Ekspert vurğulayır ki, VPN istifadə edən zaman bank əməliyyatlarının həyata keçirilməsi sonradan digər şəxslərin də həmin hesablardan istifadə etməsinə şərait yarada bilər.
Ekspert qeyd edir ki, pulsuz VPN-lərlə yanaşı, bu tipli digər tətbiqlər də vətəndaşların şəxsi məlumatlarının oğurlanmasına zəmin yaradır.
SON XƏBƏR / KARUSEL
Tarix: 3-03-2021, 11:38