mobil versiya

SON DƏQİQƏ: ABŞ bazasına irimiqyaslı hücum başladı - Raket zərbələri endirilir



ABŞ-ın İraqdakı “Ayn əl-Əsəd” bazası irimiqyaslı hücuma məruz qalıb.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə İraqın dövlət agentliyi məlumat yayıb. Məlumata görə, Ənbar əyalətindəki amerikalı hərbçilərin olduğu bazaya azı 10 raket atılıb. Tələfat barədə məlumat yoxdur. Şahidlərin iddiasına görə ərazidə güclü dağıntı var. Hazırda bölgədə vəziyyət gərgindir. ABŞ təyyarələri havaya qaldırılıb.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

SON XƏBƏR / DÜNYA
Tarix: 3-03-2021, 14:44