mobil versiya

Erməni generaldan ŞOK AÇIQLAMA: Paşinyan Qarabağla bağlı hazırdır

.
Separatçı Dağlıq Qarabağ Respublikasının "Milli Təhlükəsizlik Şurası"nın keçmiş katibi Vitali Balasanyan yenidən səs-küyə səbəb olan açıqlama ilə çıxış edib.

BAKU.WS
"Sputnik Armenia"ya istinadən xəbər verir ki, işğal altındakı Xankəndində keçirilən mətbuat konfransında Vitali Balasanyan bəyan edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ məsələsində ilk prezident Levon Ter-Petrosyanın siyasətini yürüdür.

Erməni general hesab edir ki, Paşinyanın siyasətinin mahiyyəti Qarabağa Azərbaycanın daxilində muxtariyyət verilməsindən ibarətdir. 

“Bizim öz mənbələrimiz var. Baş nazirin kimlə görüşdüyünü bilirik, lift diplomatiyasından xəbərdarıq. Ancaq bütün bunları bir səbəbə görə danışmamışıq. Biz gözləyirdik ki, Paşinyan Əliyevlə nə danışığını açıqlayacaq", - deyə Vitali Balasanyan qeyd edib.
KARUSEL / GÜNDƏM / SİYASƏT / REDAKTOR SEÇİMİ
Baxılıb: 117 Tarix: 16-10-2019, 16:10


Şərh bildir
yenilə, əgər kod görünmürsə