mobil versiya

Fərqanə Qasımovadan “Nəsimi ili”nə möhtəşəm töhfə - VİDEO



Bu gün “Nəsimi ili” çərçivəsində Əməkdar artist Fərqanə Qasımovanın ifasında Nəsiminin “Sığmazam” qəzəlinin klip təqdimatı olub.

REPORTYOR.AZ Oxu.Az-a istinadən xəbər verir ki, tədbir Bakı Kitab Mərkəzində keçirilib. Tədbirdə Əməkdar artist “Sığmazam” qəzəlinə çəkilmiş klipin ərsəyə gəlmə səbəblərini açıqlayıb:

“Bu qəzəli oxumağı özümə mənəvi borc bildim. Layihəni reallaşdıra bildiyim üçün çox şadam. Hesab edirəm ki, bu qəzəl və kliplə “Nəsimi ili”nə öz töhfəmi verə bildim. Bu layihənin həyata keçməsində mənə dəstək olan şəxslərə təşəkkür edirəm. Minnətdaram”.
Qeyd edək ki, Əməkdar artist Fərqanə Qasımova ilk dəfə Oxu.Az-a müsahibəsində ilin sonuna kimi Nəsiminin “Sığmazam” qəzəlinə çəkilən klipin təqdim olunacağını açıqlamışdı:

“Mahnını dinlədim, xoşuma gəldi. Hələ heç yerdə ifa etməmişəm. Klip çəkilişlərinə görə mahnının təqdim olunması gecikir. Bu ilin sonuna kimi kliplə birlikdə tamaşaçılara təqdim etmək istəyirəm”.




KARUSEL / ÖLKƏ / MƏDƏNİYYƏT
Tarix: 19-11-2019, 12:45