Patoloji yalançı və təcavüzkarların pozulan oyunu


ları cəmi bir statusla faş oldu.

Bir statusluq siyasi çəkisi olmayanların özünü cəmiyyətə qəhrəman, xilaskar kimi təqdim etməsi, hakimiyyətə iddialı olması çox miskin və gülüncdür. Bu, məsələnin başqa bir tərəfidir. Məsələnin əsas məğzi yuxarıda da qeyd edildiyi kimi, yalanlardır və bu yalanların ifşasıdır.

Gəlin, məsələyə bu prizmadan yanaşaq.


Bu məsələ və qalmaqal Selcan Yağmurun atası haqqında status yazması ilə başladı. Selcan statusunda illər boyu evdə atasından şiddət gördüklərini, anasına və özünə qarşı “demokrat” Fuad Qəhrəmanlı tərəfindən zorakılıq edildiyini bildirdi.


Statusun yazılması ilə Əli Kərimli “trol”ları fəaliyyətə başladılar. İş o həddə çatdı ki, “əcəb eləyir, qızını döyməyən dizini döyər”, “atadı da, sevər də, döyər də” tipli rəylər yazıb Fuadı az qala qəhrəman səviyyəsinə çatdırmaq istəyən “trol”lar var idi.



Bu “trol”ların kim tərəfindən hansı məqsədlə istifadə edildiyi artıq hamıya məlumdur. Aydın məsələdir, çox güman ki, Əli Kərimli “yengəsi gülüm olanın başına külüm olar” atalar misalından ehtiyat edərək, özünü sığortalamaq istəyib. Hələ bu məsələyə qayıdacağıq. İndi keçək, yalanların ifşasına.


Deməli, Selcanın məlum statusundan sonra Fuad Qəhrəmanlı açıqlama verərək bildirdi ki, bunlar cəfəngiyyatdır, qızının profili oğurlanıb. Elə AXCP “trol”ları bunu əllərində bayrağa çevirmək istəyirdilər ki, Selcan canlı yayıma çıxaraq, atasını ifşa etdi, yalan danışmaqda ittiham etdi, profilinin oğurlanmadığını bildirdi.


Soyuq duşun effekti keçməmiş, Qəhrəmanlıya daha bir şapalaq, həyat yoldaşından gəldi:


“Son ana qədər qızımın arxasındayam”.

Məsələ bununla bitsəydi, dərd yarı idi. Selcanın bacısı da status yazaraq, baş verənlərin həqiqət olduğunu dilə gətirdi. Amma Fuad Qəhrəmanlı öz aləmində “özünü sındırmadı” və guya oyunları pozmaq üçün sədr müavinliyindən istefa verdi.


Guya bununla da AXCP-yə edilən hücumların qarşısını aldı. Başa düşürəm, gülməli bəyanatdır. Amma yazını diqqətlə axıra qədər oxuyun, bu patoloji yalanların səbəbini tam çılpaqlığı ilə dərk edəcəksiniz.


Gələk digər məqama, hadisə baş verən günlər ərzində Kərimlinin səssiz qalması, ancaq və ancaq dünən Fuad Qəhrəmanlı istefa verdikdən sonra üzə çıxması da sübut edir. Əli Kərimlinin Fuad Qəhrəmanlının istefasından sonra üzə çıxması lap toydan sonra gəlin “üzə çıxdı”sına bənzədi.

Bəs necə olur ki, adi, mənasız bir hadisə olanda Əli Kərimli dərhal klaviatura cəngavərinə çevrilərək dalbadal statuslar yazır, guya kimlərisə öz aləmində “ifşa” edir. Amma müavini barədə baş verən bu qalmaqalı sükutla qarşılayır? Bəs hanı sizin demokratik fikirlər? Hanı sizin hamıya eyni gözlə baxmaq barədə verdiyiniz vədlər?

Lap Molla Nəsrəddinin lətifəsi yadıma düşür, pişik budursa, ət hanı? Ət budursa, pişik hanı?

Hanı sizin demokratiyanız, Əli bəy? Hanı sizin silahdaşınızın arxasında durmağınız? Lap açığını desək, Fuad Qəhrəmanlı belə bir qələt qarışdırıb, səhv edib, yalanı ifşa olub. Axı siz silahdaşsınız? Fuad Qəhrəmanlı istefa verəndən sonra status yazaraq təəssüf hissini qeyd etmək, bu hadisənin 4-5 il əvvəl baş verdiyini yazmaq hansı siyasi savadın bəhrəsidir? Hansı uzaqgörən addımın, analizin nəticəsidir?

Axı Əli Kərimli dediyinə görə, Fuadın ailəsinə yaxındır və orda olub-bitənləri daha yaxşı bilir. Bəlkə, onun bir neçə gün susmasının səbəbi də budur? Çünki bir çoxlarının beynində sual işarəsi yarandığı halda, Əli Kərimli olub-bitənlərin real olduğunu bildiyi üçün susurmuş?

Bəlkə də, “danışmaq gümüşdürsə, susmaq qızıldır” misalına görə susub? Çünki sonuncu danışdığı, yəni yazdığı statusdansa, susması daha yaxşı idi.

Əli Kərimli statusunda qeyd edir ki, məlum məsələ Fuadın ailəsində bir neçə il əvvəl olub və hazırda onlar şad-xürrəm yaşayırlar. Yaxşı, bəs belədirsə, Zümrüd xanım niyə avqustun 14-də boşanmaq üçün ərizə ilə müraciət edib? Bilməyənlər üçün qeyd edək ki, Zümrüd Yağmur avqust 14-də boşanmaq üçün məhkəməyə müraciət edib və sentyabrın 26-da bu iş üzrə ilk proses baş tutacaq.

Yaxşı, Fuad Qəhrəmanlının və Əli Kərimlinin belə dalbadal yalan danışmalarının səbəbi nədir? Bunu anlamaq üçün tibb elminə müraciət edək. Sən demə, tibb elmində patoloji yalan və ya psevdologiya deyilən bir xəstəlik var. Bu xəstəliyə mübtəla olanlar yalan məlumat verməyə, fantastik hadisələr uydurmağa meyilli olurlar. Bu xəstəlik tibb elmində mifomaniya da adlanır.

Yaxşı, mifoman sədr və sədr müavini bir müxalifət düşərgəsinə nə dərəcədə lazımdır? Bax, bu sualın cavabını illərlə Əli Kərimli və Fuad Qəhrəmanlını özünə lider seçib, ideal sayanlar düşünməlidir. Hələlik vaxt var, düşünün, cənablar və bəylər, düşünün.
MANŞET / MARAQLI / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Baxılıb: 925 Tarix: 21-09-2019, 16:50
Şərh bildir
yenilə, əgər kod görünmürsə