mobil versiya

SON DƏQİQƏ! Türkiyənin döyüş təyyarələri Gəncəyə gətirildi



Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 14.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçiriləcək.

Bu barədə REPORTYOR.AZ-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunacaq.

SON XƏBƏR / GÜNDƏM / SİYASƏT
Tarix: 15-09-2020, 13:30