İşdən çıxarılan Tahir Əmiraslanovdan AÇIQLAMA
Azərbaycan Milli Kulinariya Mərkəzinin dünən işdən çıxarılan keçmiş rəhbəri Tahir Əmiraslanov açıqlama verib.
O, özünün feysbuk hesabında aşağıdakıları yazıb:
"1.Azərbaycan Milli Kulinariya Mərkəzi dövlət qurumudur və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nəzdindədir.
Mərkəzin baş direktoru vəzifəsinə işə götürmək və işdən azad etmək Turizm Agentliyinin səlahiyyətinə aiddir.
Onlar da mənı bu vəzifədən azad edib, Orxan Fikrətoğlunu təyin ediblər.
2. Mən Azərbaycan Milli Kulinariya Assosiyasiyası İctimai Birliyinin və Dünya Oslam Kulinariya Birçlyinin Prezidentiyəm və bu təşkilatlarən fəaliyyətlərini genişləndirməyə, onları irəli aparmağa çalışıram.
3. Orxan Fikrətoğlunu çoxdan tanıyıram. Aramızda salam var. Ona yeni işində uğur arzulayıram.
4. Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiyasiyası arasında sıx əməkdaşlıq haqqında daimi müqavilə var , Müqavilə 2019- cu ildə yenilənmişdi.
Müqaviləyə heç bir tərəf xitam verməyib. Müqaviləyə görə əməkdaşlıq davam edir. Həm Mərkəz, həm Assosiyasiya müqavilənı dəstəkləyir.
5. Biz Dövlət və Milli maraqları, şəxsi və korparativ maraqlardan üstün bilirik.
Başqa jurnalist yozmalarına inanmayın", - deyə T.Əmiraslanov bildirib.
---
Tarix: 13-05-2022, 13:46