mobil versiya

“Mir”ın ölkəmizdəki nümayəndələrinə mükafat verilib


 

 

Qazaxıstanın Bakıdakı Səfirliyində «Mir» DTRŞ-nin milli nümayəndəliyinin Azərbaycandakı yaradıcı kollektivinə teleradio şirkətinin və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Fəxri Fərmanlar təqdim edilib.

Təbrik çıxışında Səfir Serjan Abdıkarimov «Mir» DTRŞ-nin rəhbərliyinə və əməkdaşlarına yüksək peşəkar informasiya fəaliyyətinə, şərəfli uzunmüddətli işinə, MBD ölkələri arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfələrə, o cümlədən Səfirlik fəaliyyətinin işıqlandırılmasına görə təşəkkürlərini bildirib.

Diplomat Birlik dövlətlərin və xalqların siyasi, sosial-iqtisadi və mədəni-humanitar inkişafı ilə qarşılıqlı tanış olmasına yönəlmiş informasiya-analitik, elmi-maarifləndirici, əyləncə proqramların və uşaq verilişlərin yüksək səviyyəsini qeyd edib.

Səfir vurğulayıb ki, «Mir» evlərə, ailələrə və insanların qəlblərinə xoşbəxtlik gətirir.

Öz növbəsində, «Mir» DTRŞ-nin Azərbaycan nümayəndəliyinin Direktoru İlqar Paşazadə kollektiv adından Səfirliyə və qardaş qazax xalqına şirkətin fəaliyyətinə verilən yüksək qiymətinə görə təşəkkürünü bildirib. Azərbaycanın əməkdar jurnalisti «Mir» DTRŞ-nin yaradılması ilə bağlı ilk ideyası Qazaxıstan tərəfindən irəli sürüldüyünü və bütün bu illər ərzində ölkə tərəfindən şirkətin fəaliyyəti üçün bütün tələb olunan dəstəyinin göstərdiyini xatırladıb.

Fəxri Fərmanla həmçinin baş redaktor xanım Nərmin Abasova və onun müavini xanım Xəyalə Yusibzadə təltif olunublar.

 


CƏMİYYƏT
Tarix: 4-11-2022, 16:55