SEPAH-dan gələn təlimat: “KQB-nin özündə işləyən adamımız olmalıdır”
Dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimovun məhkəməsində yeni ilginc faktlar
Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimovun məhkəməsi davam edir. O, İranın xüsusi xidmət orqanı olan SEPAH-la əməkdaşlıqda təqsirləndirilir. İttihama görə, Səbuhi Səlimov uzun illərdir ki, İrana gedib-gəlməklə orada SEPAH-ın Azərbaycan istiqamətində fəaliyyət göstərən əməkdaşları ilə görüşüb, tapşırıqlar alıb. Noyabrın 17-də hakim Eldar İsmalıyov deyib ki, şahid ifadələri başa çatıb və məhkəmə sənədlərin tədqiqinə keçib. Tədqiq olunan sənədlərin içində ən maraqlısı Səbuhi Səlimovla partiyanın keçmiş sədrlərindən olmuş Elçin Manafovun telefon danışığıdır. Həmin telefon danışığında Səbuhi Səlimov İranda olarkən SEPAH əməkdaşları ilə görüşündən danışıb. SEPAH əməkdaşlarının verdiyi tapşırıqları Elçin Manafova çatdırıb.
Hakim Səbuhi Səlimovla Elçin Manafov arasındakı telefon danışığının mətnini elan edib:
Elçin Manafov:
- Necə oldu, görüşdün?
Səbuhi Səlimov:
- Hə, görüşdüm.
Elçin Manafov:
- Necə oldu? Ağayi Cabbar özü gəlmişdi ora?
Səbuhi Səlimov:
- Gəldilər, görüşdüm, dedim ki, burada əməliyyat baha başa gəlir, sizə yük olmayım.
Səbuhi Səlimov ürək əməliyyatına görə SEPAH əməkdaşlarının ona kömək təklifindən və əməliyyatın baha başa gəlməsindən bəzi məlumatlar verəndən sonra söhbətin ikinci hissəsinə keçir:
Səbuhi Səlimov:
Səbuhi Səlimov
- Hacı, elə şeylər var ki, bunu ancaq sən bilməlisən, başqa heç kim bilməməlidir. Mən burada (Azərbaycanda) bir şey təşkil eləməliyəm, partiyanın içində bizim bir dəstəmiz olmalıdır. Məsələn, tutulan qardaşlara yardım komitəsi adı altında olsun. Orada heç kimin heç kimdən xəbəri olmamalıdır. Biz partiyanın içində araşdırıb tapmalıyıq ki, kim hökumət adamıdır, kim hökumətə işləyir... Məsələn, KQB-nin özündə işləyən adamımız olmalıdır.
Elçin Manafov:
- Onu necə etmək olar? Çətin məsələdir.
Səbuhi Səlimov:
- Mən fikirləşirəm də... Etmək olar da, axtarıb tapmaq lazımdır.
Elçin Manafov:
- KQB-nin içinə girmək olar?
Səbuhi Səlimov:
- Hacı, bunlar olmasa, bizim işimiz alınmaz. Bizim hər yerdə adamımız olmalıdır. Məsələn, Milli Məclisdə də, məsələn, süpürgəçi olsun, onların işlərini görən adam olsun.
Elçin Manafov:
- Onların istədiyi odur ki, yəni adamlarımız olmalıdır?
Səbuhi Səlimov:
- Hə, adamlarımız olmalıdır, oradan bizim məlumatımız olmalıdır. Yəni hücuma keçək. Deyir, sizin gizli adamlarınız, gizli təşkilatınız olmasa, çətin olacaq. Bir də telefon, kompüter məsələsini dedilər. Məndən soruşdu ki, sizin probleminiz nədir? Dedim ki, problemimiz mobil telefondur. Çünki bizim istifadə etdiyimiz telefonlardan bizi izləyirlər. Bir də kompüter lazımdır. İzləmələrdən necə qorunmaq lazımdır, bunu da söhbət elədik.
Hakim Eldar İsmayılov deyib ki, Səbuhi Səlimovun belə telefon danışıqları çoxdur.
Səbuhi Səlimovun vəkili ondan telefon danışığında deyilənləri icra edib-etməməsini soruşub. Səbuhi Səlimov:
“Yox, elə orada danışdıq, orada da qaldı. Sonradan bu söhbətə qayıtmadıq”.
Sonra digər sənədlər tədqiq olunub və hakim növbəti məhkəmə iclasını noyabrın 22-nə təyin edib. Həmin gün dövlət ittihamçısı çıxış edəcək.
Elçin Manafov bu iş üzrə həm ibtidai istintaqda, həm də məhkəmədə şahid kimi dindirilib. O, məhkəmə ifadəsində göstərmişdi ki, bir neçə il əvvəl ürək əməliyyatı üçün İrana gedən Səbuhi Səlimovu oradakı SEPAH əməkdaşları ilə özü əlaqələndirib. Bütün bunları etiraf etməsinə baxmayaraq, nədənsə Elçin Manafov özü məsuliyyətdən kənarda qalıb və istintaq onu yalnız şahid kimi cəlb edib.
Elçin Manafov ötən məhkəmə iclaslarından birində şahid kimi dindiriləndən sonra köməkçi hakim Cavid Hüseynov ona belə bir sual vermişdi: “İstərdinizmi Azərbaycanda İslam dövləti qurulsun?” Elçin Manafovun cavabı qısa olmuşdu: “Niyə istəmərəm ki. Ancaq tək mənim istəməyimlə deyil, gərək hamı istəsin”.
Səbuhi Səlimov Azərbaycan İslam Partiyasının sabiq sədri Elçin Manafovun sürücüsü olub. Səbuhi Səlimovu 2000-ci illərin əvvəlində namaza dəvət edən də Elçin Manafov olub. 2011-ci ildə partiyanın sədri Mövsüm Səmədov həbs olunanda sədrlik birinci müavin Elçin Manafova keçib. Həmin zaman o, Səbuhi Səlimovu özünə sürücü götürüb. Bir neçə il əvvəl Səbuhi Səlimov ürək əməliyyatına görə İrana gedəndə Elçin Manafov ona Ərdəbilin imamı Həsən Amilinin nömrəsini verib, deyib ki, xəstəxana xərclərinə “sponsorluq” edəcəklər. İranda Həsən Amili ilə görüşən Səbuhi Səlimov onun vasitəsilə SEPAH rəhbərlərindən olan ağayi Cabbarla da görüşüb. İttihama görə, Səbuhi Səlimov həmin vaxt və sonralar SEPAH rəhbərlərindən təlimatlar alıb.
Azərbaycan İslam Partiyası 1991-ci ildə Nardaranda təsis edilib. 1992-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın qurucularından olan Hacı Kəblağa 1998-ci ildə, partiya sədrinin müavini Hacı Vaqif Abdullayev isə 2012-ci ildə həbsxanada vəfat edib. 2007-ci ildə partiyanın sədri seçilmiş Mövsüm Səmədov 2011-ci ildə 11 il azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etməyib, siyasi baxışlarına görə sifarişlə həbs olunduğunu bildirir.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
CƏMİYYƏT

Tarix: 18-11-2022, 11:10