mobil versiya

Bakıda qadın qızının sevgilisini bıçaqladı - Qızı ilə evlənmək istəmədiyi üçün




Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Aynurə Qafarovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

REPORYTOR.AZ Trend-ə istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. İş üzrə məhkəmənin baxış iclası iyunun 9-na təyin olunub.

İttihama görə, Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. Nəsrəddin Tusi küçəsində 1993-cü il təvəllüdlü Kənan Binnətov orta yaşlı Aynurə Qafarova tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib.

Ona qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən Aynurə Qafarovanı həbs edib.

İlkin məlumata görə, Kənan Binnətov hadisəni törədən şəxsin qızı ilə münasibətdə olsa da, sonradan onunla evlənməkdən imtina edib. Nəticədə A.Qafarova K.Binnətovu bıçaqlayıb.
A.Qafarova barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 3-06-2020, 17:34