ABŞ-dan Şimali Koreyanın raket buraxmasına reaksiya
Şimali Koreyanın buraxdığı ballistik raket ABŞ və onun regiondakı müttəfiqləri üçün birbaşa təhlükə yaratmayıb.
Musavat.com Teleqraf.com istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okeanı Komandanlığının Tvitter paylaşımında deyilir.
"Bizim qiymətləndirməmizə görə, bu raket buraxılışı hərbi personal, ABŞ ərazisi və müttəfiqlərimiz üçün təhlükə yaratmır", - deyə paylaşımda bildirilir.
Qeyd olunub ki, Şimali Koreyanın bu cür hərəkətləri "regionda vəziyyəti qeyri-sabitləşdirir".
DÜNYA
Tarix: 25-09-2022, 17:00