Moskva sakini Ukrayna musiqisinə qulaq asdığı üçün həbs edilib
Moskvanın Tverskoy Rayon Məhkəməsi paytaxt sakini Anton Usovu Ukrayna musiqisini dinlədiyinə görə 15 sutka həbs və 50 min rubl məbləğində cərimələyib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə həmin şəxs məhkəmədə polis əməkdaşına tabe olmamaqda və Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaqda təqsirli bilinib.
Həyat yoldaşının bildirdiyinə görə, buna səbəb Usovun avtomobildə olarkən Ukrayna musiqisinə qulaq asması olub.
Məhkəmə Usovun Ukrayna musiqisinə qulaq asdığına görə saxlanıldığını təsdiqləyib.
DÜNYA
Tarix: 14-10-2022, 13:23