mobil versiya

“Microsoft”un həmtəsisçisinin kolleksiyası hərraca çıxarılıb



“Microsoft”un mərhum həmtəsisçisi Pol Allenin şəxsi kolleksiyası “Christie's”də satışa çıxarılıb.
Sənət əsərlərinin rekord məbləğə - toplam 1 milyard dollara satılacağı gözlənilir.
Satışlar gələn həftə baş tutacaq.
Qeyd edək ki, Allenin kolleksiyasında 150-dən çox rəsm var ki, onların hər biri 100 milyon dollardan yuxarı qiymətə satıla bilər.
Xatırladaq ki, Allen 2018-ci ildə 65 yaşında xərçəng xəstəliyindən vəfat edib. Ölümündən bir neçə il əvvəl o, kapitalının böyük hissəsini, yəni 13 milyard dollardan çoxunu xeyriyyə işlərinə bağışlayacağını açıqlayıb.
Allen 1975-ci ildə orta məktəb dostu Bill Qeytslə birlikdə “Microsoft”u qurub.
Mənbə: rossaprimavera.ru

DÜNYA
Tarix: 6-11-2022, 12:25