“Putin reallığı itirib, Avropa İttifaqının gücə çevrildiyini anlamır” – Fransanın sabiq səfiri
“Putin Avropa İttifaqının gücə çevrilidiyini və ABŞ-Rusiya ikiqütblülüyünün öz-özünə dağıldığını görə bilmədi. O dünyanın dəyişdiyini başa düşmürdü”.
Azpost.info bildirir ki, bu sözləri Fransanın Rusiyadakı sabiq səfiri Jan-Moris Riper “Le Mond” qəzetinə müsahibəsində bildirib.
Riper 2013-2017-ci illərdə Moskvada Fransanın səfiri olub. Müsahibəsində Rusiya prezidentinin Avropa haqqında təsəvvürləri barədə danışıb.
“Avropa birinci iqtisadi tərəfdaşı, birinci sərmayəçisi idi. Rusiya gərək planetin ən varlı ölkəsi olaydı. Düzdür indi də varlı ölkədir, amma kasıb əhalisi olan varlı ölkədir”-deyə sabiq səfir vurğulayıb.
Səfir deyib ki, Putinin dəyişdiyinə inanmır. “Putin öz düşüncələrində rasionaldır. Onun düşüncələri reallıqla az bağlıdır”.
Riperin sözlərinə göə, Putin 1999-cu ildə hakimiyyətə gələndə Avropa öz ittifaqını möhkəmləndirirdi, Rusiya isə hər bir dövlətlə iki tərəfli əlaqələrə üstünlük verirdi: “Biz onu Rusiya prezidenti kimi qəbul etdik. Lakin Rusiyanın öz köhnə kabusuna qayıdacağı faktını görə bilmədik”.
GÜNDƏM
Tarix: 16-10-2022, 14:44