“Qarabağ”ın rəqibi qapıçısı ilə müqaviləni uzatdı
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniya “Frayburq”u qapıçısı Noa Atubolu ilə müqaviləni uzadıb.
Klubdan verilən məlumata görə, 20 yaşlı qolkiperlə imzalanmış yeni sözləşmənin detalları açıqlanmayıb.
Almaniyalı çərçivə qoruyucusu ölkəsinin U-21 yığmasının da formasını geyinir.
Qeyd edək ki, “Qarabağ” G qrupundakı ilk oyununu Almaniyada “Frayburq”a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında VI tur matçı noyabrın 3-də Bakıda olacaq.
İDMAN
Tarix: 11-10-2022, 12:14