mobil versiya

Ukraynada bütün futbol matçları günorta saatlarına keçirilib



Ukrayna Premyer Liqası elektrik enerjisinə qənaət etmək üçün axşam saatlarında futbol matçlarının keçirilməsindən imtina edib.
Bu barədə Ukrayna Futbol Federasiyasının Nizam-İntizam Komitəsi məlumat yayıb.
Bildirlib ki, yerli vaxtla saat 13:00 və 15:00-da başlaması planlaşdırılan oyunlar saat 12:00 və 14:00-a keçirilib. Saat 17:00-da başlayacaq matçlar isə ilin qalan hissəsi ərzində ləğv edilib.
Qeyd edək ki, hələ bir neçə gün öncə Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə 4,5 milyondan çox insanın işıqsız qaldığını bildirmişdi. Onun sözlərinə görə, ən çətin vəziyyət Kiyev və Kiyev vilayətində müşahidə olunur.
Mənbə: iz.ru

İDMAN
Tarix: 9-11-2022, 15:10