mobil versiya

Bakı qaz tədarükünü ikiqat artırmağı hədəfləyir!



Azərbaycan 2027-ci ilə qədər Avropaya qaz tədarükünü ikiqat artırmağı hədəfləyir və Avropa İttifaqı (Aİ) üzvləri gələcək qaz həcmlərinin necə paylanacağına özləri qərar verməlidirlər.
Axar.az məlumatına görə, bu barədə "Euronyus Bulgaria"ya müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Biz artıq həm xaricdə, həm də ölkə daxilində tərəfdaşlarımızla danışıqlar aparırıq. Bizim fikrimiz istehsalı artırmaqdır. Məqsədimiz 2027-ci ilə qədər bu həcmləri (qaz tədarükü) iki dəfə artırmaqdır. Bu, bizim üçün əsas prioritetdir. Bu həcmlərin müxtəlif Avropa ölkələri arasında necə paylanacağı məsələsini isə Avropa İttifaqına üzv dövlətlər müəyyənləşdirməlidir", - deyə nazir bildirib.
O, Azərbaycanın daha bir neçə qaz yatağında hasilata başlamaqla qaz ixracını artırmaq imkanlarının olduğunu bildirib.
Nazir onu da əlavə edib ki, Bakı mümkün qədər Bolqarıstanda qaz istehlakının əhatə dairəsini maksimum dərəcədə artırmaq üçün bütün variantları nəzərdən keçirir.

İQTİSADİYYAT
Tarix: 4-10-2022, 15:54