Ağstafada 54 yaşlı kişi qohumu tərəfindən döyülüb
Ağstafa rayonunda yerli sakin döyülərək xəsarət alıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Köhnəqışlaq kəndində, 1965-ci il təvəllüdlü Ş.Abbasov qohumu ilə mübahisə zəminində döyülərək baş və üz nahiyəsindən xəsarət alıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb.
Həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Mübahisənin hansı səbəbdən baş verdiyi isə hələki məlum deyil. Faktla bağlı araşdırma aparılır.
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 2-10-2019, 21:37