mobil versiya

Ayaqqabı silməklə başladı, indi 40 ölkəyə ayaqqabı satır - FOTO




Türkiyəli iş adamı, 60 yaşlı Rıfat Sarı ayaqqabı silməkdən başlayaraq 40 ölkəyə ixracata qədər uzanan uğur hekayəsi ilə diqqət çəkir.

REPORTYOR.AZ "Oxu.az"a istinadən xəbər verir ki, o, Qarsdan Manisaya köçən ailəsinin dolanışığına yardım etmək üçün 10 yaşında ayaqqabı silməyə başlayıb. İbtidai məktəbi bitirdikdən sonra ayaqqabı fabrikində şagirdliyə başlayan,17 yaşında ayaqqabı ustası olan və karyerasını əsgərlikdə davam etdirən Sarı hərbi xidmətdən qayıdandan sonra 1982-ci ildə iki ortağı ilə birlikdə Üçel Ayaqqabı firmasını qurub.

O dövrdə 24 cüt kişi ayaqqabısı istehsal edən və yeni texnologiya ilə modernləşdirilən şirkət indi gündə 1000 cüt ayaqqabı istehsal etmək gücünə malikdir.

İlk ayaqqabı ixracını 1985-ci ildə Almaniyaya edən şirkət artıq Avropa, Yaxın Şərq, Qafqaz və Orta Asiya başda olmaqla dünyanın 40 ölkəsinə təxminən iki milyon dollarlıq ayaqqabı ixracı həyata keçirir.


KARUSEL
Tarix: 3-01-2022, 21:43