mobil versiya

Əli Həsənova bağlılığı olan daha dörd şirkət ləğv olunur - SİYAHI



Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər bağlanır.

REPORTYOR.AZ-ın məlumatına görə, “yeniavaz.com” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir ki, Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan “ATOM QİDA” MMC (VÖEN -1701554201) və “DULCE Nutrition” MMC (VÖEN -–702132271), həmçinin Xətai̇ rayonu, 9-cu Əhmədli küçəsi, ev 47A ünvanında qeydiyyatda olan “Beynəlxalq Mətbuat Mərkəzi” MMC (VÖEN -–2003103531) ilə Xətai̇ rayonu, Seyi̇d Əzi̇m Şi̇rvani̇ küçəsi, ev 5A, mənzil 165 ünvanında qeydiyyatda olan “CASPİAN BEVERAGE COMPANY” MMC (VÖEN -–2005832511) ləğv olunduqlarını açıqlayıblar.

Məlumat üçün bildirək ki, daha əvvəl “ATOM QİDA” MMC-yə Əli Həsənovun ABŞ-da yaşayan oğlu Şamxal Həsənli rəhbərlik edib. Hazırda “ATOM QİDA” MMC, “DULCE Nutrition” və “CASPİAN BEVERAGE COMPANY” MMC-yə Əvəzov Anar Xudayət oğlu rəhbərlik edir. “Beynəlxalq Mətbuat Mərkəzi” MMC-yə isə Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın yaxın qohumu Vəliyev Azər Kalam oğlu rəhbərlik edir.

Onu da qeyd edək ki, ötən il Əli Həsənovun ailə üzvlərinə məxsus olan və Fikrət Əmirov küçəsi, ev 1 ünvanında yerləşən “Bakı 24” MMC, “Kaspi AZ” MMC, “Mətbuat Evi” MMC, “Golden Prince” MMC, “Global Advertisment” MMC və “Kaspi Co” MTK, həmçinin Mətbuat prospekti ev 25, mənzil 38 ünvanında yerləşən “Kaspi Food” MMC ləğv olunduğunu elan edib. Adları çəkilən bu şirkətlərə Şamxal Həsənli və Azər Vəliyev rəhbərlik edib.

KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 8-06-2022, 11:42